Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner
Qarabağ FC

Şəxsi həyatını gizli saxlayan Rəhim: "Kiməsə hesab verən deyiləm"

Müğənni Rəhim Rəhimli tədbirlərin birində fotokameramıza poz verib.

İfası ilə sevilən müğənni fərqli imici ilə diqqət çəkib.

Yenicag.az-a danışan Rəhim özü ilə bağlı maraqlı açıqlamalar verib:

“Böyük həcmli konsertlərim olanda modelyerlərlə çalışıram. Amma gündəlik geyimlərimdə öz zövqümlə geyinirəm. Məsələn, bir pencəkdən üç geyim hazırlaya bilərəm. Amma heç kim anlaya bilməz ki, bu geyim bir pencəkdən hazırlanıb. Hətta pencəyin qolunu kəsib, şərf kimi də istifadə edirəm. Mənim üçün brend önəmli deyil, baxmayaraq ki, qarderobumda brend geyimlər, eyni zamanda, brend aksesuarlarım var. İstifadə edəcəyim əlimdəki 50 manatlıq telefondur, bunu işlədəndə özümü daha rahat hiss edirəm. Bahalı telefonla özümü komfortlu hiss edə bilmirəm. Onu da çalışıram, insanların çoxluq təşkil etdiyi məkanlarda istifadə etməyim. İstəmirəm desinlər ki, özünü göstərir və s”.

Şəxsı həyatının özünə məxsus olduğunu deyən, kameraları evinə buraxmayan müğənni yalnız sənəti ilə diqqət mərkəzində olduğunu deyib:

“Neçə illərdir ki, sənət aləmindəyəm, amma bir dəfə də olsun kameralar evimə girməyib, maşınımı göstərməyib. Kimsə özünü saxlaya bilməyib, burnunu şəxsi həyatıma soxursa, eşələyirsə ki, orda nə var, nə yox, onda əsəbiləşirəm. Çalışıram o cür insanlarla ünsiyyətdə olmayım. Mən “instagram” səhifəmi özüm işlətmirəm, müəyyən şirkət tərəfindən idarə olunur. O səhifəni izləsəniz, nə yeyib-içmək masasına, nə avtomobilimə, nə də özəl həyatımla bağlı bir dənə də olsun fotoya rast gələ bilməzsiniz. Yalnız sənətimlə bağlı nələrsə ola bilər. Kimin nəyinə lazımdır ki, neçə otaqlı evim, bağım, avtomobilim var, yaxud da yoxdur?! Bu, mənim gizlinimdir, özəlimdir, bunu bir mən bilirəm, bir də ki göydəki Allahım. Kiməsə hesab verən deyiləm”.

Cəvahir

www.yenicag.az

2224
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM