Şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedən şəxs üçüncü ölkəyə keçə bilər? – SƏBƏB / AÇIQLAMA

“Qanuna görə, şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edən şəxs üçüncü ölkəyə keçə bilməz”.

Bu sözləri şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının üçüncü ölkəyə keçə bilməməsinin səbəbini qeyd edən səyahət blogeri Azər İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Oun sözlərinə görə, vətəndaşların narazılığına səbəb olan sözügedən məsələ qanun çərçivəsində təyin olunub:

“Aprel ayının 1-dən etibarən Azərbaycan vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilərlər. Bu girişlə 90 gün Türkiyədə qalmaq mümkündür. Vizasız qalma müddəti isə 30 gündən 90 günədək artırılıb. Lakin şəxsiyyət vəsiqəsi ilə səyahət edən şəxsin üçüncü ölkəyə keçə bilməməsi qanunla müəyyən olunub. Bu, biznes prosedurdur. Ona görə də vətəndaşlar tərəfindən problem kimi qəbul edilib şikayət edilirsə, haqlı şikayət hesab olunmur”.

Qeyd edək ki, ötən ilin dekabrın 10-da Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında protokol imzalanıb. Protokola əsasən, Azərbaycan və Türkiyə vətəndaşları sadəcə şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səfərlər edə biləcəklər.

Gülşən Şərif