!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəxslər və maşınlar sərhəddən hansı qaydayla buraxılacaq? – Yeni qanun parlamentdə

!Reklam – Yazi

Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakların Azərbaycanın dövlət sərhədindən buraxılma qaydaları dəyişdirilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsi (Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması) dəyişdirilərək yeni formada verilir.

Layihəyə əsasən nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər, onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının, əməliyyat-axtarış, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Hazırkı maddəyə əsasən isə nəqliyyat sahibləri ümumiyyətlə, sərhəd qoşunlarının, gömrük və digər aidiyyəti orqanın istənilən tələbinə görə yükü açmağa borcludurlar.

Layihəyə görə, yeni formaya belə bənd də əlavə edilir:

“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi, dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər, onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar”.

Yeni maddəyə görə, şəxslərin Azərbaycan dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə sərhəd qoşunları dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə, başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və martın 7-də müzakirəyə çıxarılacaq.

Yeniçağ.az

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv