!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səyahət etməyin sağlamlığımıza 5 faydası

!Reklam – Yazi

Səyahət etmək fərqli mədəniyyətləri tanımaq baxımından olduqca əhəmiyyətlidir. Getdiyimiz yerlərin fərqli özəlliklərini kəşf edərək təcrübə qazanmaq şansı əldə edirik.

Nə qədər təəccüblü səslənsə də, davamlı olaraq səyahət etmək sağlamlığımıza da müsbət təsir göstərir.

Yenicag.az səyahət etməyin sağlamlığımıza 5 əsas faydasını təqdim edir:

1. Tətilə getməyi planlaşdırmaq hisslərinizin yaxşılaşmasına səbəb olur – İlk öncə ağır və stresli bir tempdə olan iş həyatınız varsa, bütün bunlar sinir sisteminizin pozulmasına səbəb olur. Mütəxəssislər, belə hallarda ediləcək səyahətlərin(tətillərin) insanları xoşbəxt edəcəyini iddia edirlər. Belə ki, insanlar çalışaraq əldə edilən qazanclardan daha çox, səyahət edərək əldə edilən təcrübələrdən məmnunluq hissi keçirirlər.

2. Davamlı olaraq səyahət etmək ürək infarktına tutulmaq riskini azaldır – Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, illərlə səyahət etməyən kişilərin ürəktutma riski 30 faiz nisbətində artıb. Həmçinin, araşdırma 6 ildə bir dəfə səyahət edən qadınların da ildə 8 dəfə ürək tutmasına məruz qaldığını göstərib. Ancaq davamlı olaraq səyahət edənlərdə bu risk azalıb.

3. Səyahət ruhi sağlamlığınızı gücləndirir – İki ildə bir səyahət edən qadınlar, ildə iki dəfə səyahət edən qadınlara nisbətən stress və depressiyaya daha çox məruz qalırlar. Amerika psixoloqlarının araşdırmalarına görə tətil stressin mənbəyi olaraq gördüyünüz fəaliyyətlərdən və məkanlardan uzaqlaşmağınıza yardımcı olur.

4. Yuxu və idman məşğələləriniz nizama düşər – İş səyahətinə çıxdığınız zaman yuxu və idman məşğələsi alt-üst olur. Normal həyatınızda yuxu probleminiz varsa, səyahət etmək sizin üçün faydalı olacaq. Ən azından səyahətə getdiyiniz yerdə gəzə bilmək şansından istifadə edin. Çünki gəzərək qəbul etdiyiniz oksigen yuxunuzun da nizama düşməsinə səbəb olacaq.

5. Səyahət ailədaxili münasibətlərin də inkişafına səbəb olur – Ailə içində yaşadığınız sıxıntıları ailədaxili həll etməyə çalışmaq doğru üsuldur. Lakin bəzən bu problemləri həll etmək asan olmur. Bu baxımdan səyahət etmək ailəniz ilə yaşadığınız sıxıntıları unutmağa kömək edəcək. Çünki içində olduğunuz hadisələrdən uzaqlaşdığınız zaman daha çox düşünərək, düzgün mühakimə yürütmək şansı əldə edirsiniz.

Tahirə Nur

www.yenicag.az

3019
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv