Şeydayev Almaniyaya vurduğu qoldan danışdı

Futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniyaya vurduğu qoldan danışıb.

Yenicag.az xəbər verir ki, gənc hücumçu şəxsi “facebook” səhifəsində qolun videosunu paylaşaraq bunları yazıb: “Nəhayət ki, milli komandam üçün ilk qolumu vura bildim. Təəssüf ki, komandanın vuruşmağına baxmayaraq, böyük hesabla məğlub olduq. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm!”.

Qeyd edək ki, sözügedən qarşılaşma millimizin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

COP29