Şeydayev Rusiya klubunda debut etdi

Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin yenicə transfer olunduğu “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ramil də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Şeydayevlə eyni komandada forma geyinən digər azərbaycanlı futbolçu Azər Əliyev isə sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 4 turdan sonra 4 xalla 15 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.