Seyfəlidə yararsız sursatların utilizasiyası aparılacaq – Bu tarixlərdə

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 8-dən 11-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.