2022-ci il sentyabrın 14-də Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.
Bu barədə Yenicag.az-a Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən bildirilib.
O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.
Ramil Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.