!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seyfullah Türksoy fəxri doktor adına layiq görülüb - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümündə Bakı Avrasiya Universiteti “İpəkyolu” Strateji Araşdırmalar Mərkəzinin sədri Seyfullah Türksoya fəxri doktor adı verib.

Yenicag.az xəbər verir ki, tanınmış jurnalist və televiziya verilişlərinin müəllifi Seyfullah Türksoy türk dünyası ilə, xüsusilə də Azərbaycanla bağlı həyata keçirdiyi fəaliyyətinə görə fəxri doktor diplomu və medalı ilə təltif olunub.

Bakı Avrasiya Universitetində təşkil olunan mərasimdə elm, siyasət, mədəniyyət xadimləri və iş adamları iştirak edib. Tədbirdə Seyfullah Türksoyun 30 ildən uzun müddət ərzində türk dünyasına və Türkiyə-Azərbaycan münasibətlərinə göstərdiyi xidmətlərdən bəhs olunub.

Mərasimdə çıxış edən Türksoy bu adla təltif olunduğuna görə olduqca duyğulanıb:

“Şair Yavuz Bülent Bakilerin də dediyi kimi Azərbaycan ürəyimizin şah damarıdır. Dədə-babaları Borçalıdan, Dərbənddən və Ağbabadan Anadoluya köçmüş bir Azərbaycan Türkü olaraq yaşadığım müddətdə Türkiyə – Azərbaycan qardaşlığına, türk dünyasının birliyinə xidmət edəcəyəm. Türk birliyi bir xəyal deyil, bir həqiqətdir”.

Fəxri doktor diplomunu Bakı Avrasiya Universitetinin rektoru prof.dr. Nazim Hüseynlidən alan Seyfullah Türksoy Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümündə belə bir mükafata layiq görülməyin qürurverici olduğunu və bu adın onun məsuliyyətlərini daha da artırdığını qeyd edib.

www.yenicag.az

6033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv