Misirli iş adamı Mohammed Alsaloussi ilə bu ilin sentyabr ayında boşanan Şeyma Subaşı geyimi ilə izləyicilərini heyran edib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, qatıldığı dəvətlərdə özəl tasarım geyimləri ilə hər zaman diqqətləri üzərinə toplayan türk fenomen bu dəfə də təəccübləndirməyi bacarıb.
Belə ki, Şeyma partilərin birinə ağ tül geyim və ona özəl olaraq hazırlanan hündür daban ayaqqabılarla qatılıb. Fotolarını “Instaqram” hesabından paylaşan fenomenə çox sayda xoş sözlər yazılıb.
Qeyd edək ki, Şeyma 2017-ci ildə Acun Ilıcalı ilə evlənmişdi. Onların bir il davam edən evliliklərindən bir qız övladları var.