Şeyma Subaşının sevgilisi karantinə alınacaq – FOTO

Şeyma Subaşının İtaliyan sevgilisinin karantin qaydasına əməl etməməsi Türkiyənin Daxili İşlər Nazirliyini hərəkətə keçirib.

Yenicag.az xəbər verir ki, Şeyma Subaşı və italiyalı sevgilisi Guido Seniya müxbirlərin suallarını cavablandırıb.

Məlum olub ki, Guido Seniya İtaliyadan Türkiyəyə yeni gəlib, lakin koronavirus səbəbiylə xaricə getdikdən sonra 14 gün karantin qaydasına əməl etməyib.

Sosial mediadakı reaksiyalardan sonra jurnalist Candaş Tolga İşık Daxili İşlər Nazirliyinin hərəkətə keçdiyi xəbərini yayıb. Belə ki, Şeyma Subaşının italiyalı sevgilisi ya ölkəsinə göndəriləcək, ya da 14 gün karantində saxlanılacaq.