Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Ağstafanınn ikinci böyük yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndində keçirib.
Yenicag.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəb binasının akt zalında təşkil olunmuş vətəndaş qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.
RİH başçısı bir daha diqqətə çatdırıb ki, möhtərəm cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə keçirilən bu cür səyyar qəbulların əsas məqsədi sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaqdan ibarətdir.
Aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onlardan bir hissəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan müraciətlər isə qeydiyyata alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.