Seymur Orucov Qarahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirdi – FOTO

Müvafiq qrafikə uyğun olaraq təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra başçısı ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq ölkəmizin bütün yerlərində, o cümlədən Ağstafa rayonunda vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Qəbulda təklif və müraciətlə çıxış edən kənd sakinləri diqqətlə dinlənilib və qaldırılan hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında məsul şəxslərlə birlikdə müzakirələr aparılıb və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.