Seymur Orucov rayon mərkəzində əhali ilə görüşdü – Foto

Ağstafada koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir.

Yenicag.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə növbəti dəfə rayon mərkəzində əhalinin daha sıx toplaşdığı yerlərdə, ictimai iaşə, ticarət obyektləri və xidmət sahələrində sakinlərlə profilaktik söhbətlər aparıb.

Baxış keçirilən obyektlərin sahibkarları və əməkdaşlarına fəaliyyətlərinin Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələblərinə uyğun qaydada davam etdirilməsinə dair müvafiq tövsiyələrini verib.

COP29