!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seymur Orucov “Şəhidlər bulağı”nın açılışını etdi – AĞSTAFADA

!Reklam – Yazi

Ağstafanın Saloğlu qəsəbəsində şəhidlərimizn xatirəsinə tikilən abidə-bulaq kompleksinin açılışı olub.

Yenicag.az xəbər verir ki, Ağstafa rayonunda daha bir “Şəhidlər bulağı” Saloğlu qəsəbəsində inşa olunub. Bulaq kompleksində Saloğlu qəsəbəsindən olan birinci Qarabağ müharibəsi şəhidlərimiz Namazov Asim Əhməd oğlu, Məmmədov Faiq Mopir oğlu, Xəlilov Elşən Alı oğlunun və Vətən müharibəsi şəhidlərimiz Məmmədli Rüfət Vidadi oğlu, Süleymanov Orxan Oruc oğlunun xatirələri əbədiləşdirilib.

Bulağın istifadəyə verilməsi mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, şəhidlərimizin doğmaları və döyüş yoldaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bulaq kompleksi önünə əklil və gül dəstələri düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub.

Allahdan bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyirik!

www.yenicag.az

866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv