Seymur SÜLEYMANOV: Milli “maşa” Şurası

timthumb2Ötən bazar radikallar `Show must go on!` – deyərək, daha bir siyasi tamaşa göstərdilər. Bu dəfə ssenari guya qiymət artımı üzərində yazılmışdı. Amma əslində Leyla Yunusdan girib, Avropa Birliyindən çıxdılar. Bütün çıxışlar populizm püskürürdü.

Bu, `guya`lar mitinqi idi: guya mitinqə hakimiyyət mane olurmuş… Guya Facebook profilləri oğurlanırmış… Belə bir lətifə var: izlənmə maniyası əslində maniya deyil, bəziləri üçün arzudur. Həmin `bəzi`lərin siyahısında isə ilk yerdə milli şuradaklılar gəlir. Hakimiyyətin bunlara mane olması onlar üçün arzudur: çünki o halda özlərini önəmli hiss edərlər.

Bir gənc olaraq bu sual mənə maraqlıdır: Əli Kərimli və ətrafında olanlar xalq üçün, cəmiyyət üçün nə qədər əhəmiyyətsiz olduqlarını doğrudanmı, dərk etmirlər? Etmədikləri üçün də xalq onları meydanda tək qoyur. Çünki heç vaxt cəmiyyəti həqiqətən düşündürən, narahat edən məsələlərdən danışmırlar. Xaricdən bu əmr gəlmir axı. Necə ki, erməni girovluğunda qalan iki vətəndşımız, onların qondarma `məhkəməsi` barədə heç nə demirlər.

`Azərbaycan` sözü Milli Şura liderlərinin ancaq şəxsiyyət vəsiqəsindədir. Vəssalam. Bu insanların fikrində, ruhunda, mənəviyyatında Azərbaycan yoxdur. Mitinqlərində Avropa Birliyinin bayrağını qaldırmaları həm də bundan xəbər verir.

Mitinqdəki tələblərdən biri bu idi ki, Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalansın. Bunlar bilmirlərmi ki, bu gün vətəndaş müharibəsi şəraitində olan, ərazi bütövlüyü pozulan Ukraynanın bütün bəlaları həmin tələblə başlayıb? Yoxsa həmin bəlaları bizə də yaşatmaq istəyirlər?

Türkiyədə xaricdən maliyyələşən bu cür qurumlara `maşa` deyirlər. Yəni kimsə onları əlinə götürüb, qazanı qarışdırır. Bunları da Ermənistandan, Fransadan, Almanyadan, Amerikadan və s. yerlərdən əllərinə götürüb, qazan qarışdırmaq üçün işlədirlər.
Mən sosial şəbəkələrin aktiv istifadəçisi olduğum üçün bilirəm: radikallar ermənilərin Azərbaycan dövləti əleyhinə yazdıqlarını və paylaşdırları materialları həvəslə `like` edirlər. Niyə edə etməsinlər ki – həmin materialların çoxu elə özlərindən gedir axı!
Hər mitinqdə Cəmil Həsənli `100-dən çox siyasi məhbusa azadlıq` tələb edir. Azərbaycanda heç 100 siyasətçi yoxdur axı, bu halda `100-dən çox siyasi məhbus` haradan ola bilər? Niyə vətən xainləri `siyasi məhbus` adlandırılmalıdır?! Və onları bu adı vermək üçün adam kim olmalıdır?
Koordinasiyaları əla qurulub. Türkiyəyə də bəzi yerlərə əlləri çatır. Türkiyə-Azərbaycan qardaşlıq siyasətinədə xələl gətirmək üçün bacardıqlarını edirlər. Prinsipləri budur ki, `Təki olan Azərbaycana olsun`. Təsadüfi deyil ki, Ermənistanın havadarlarının istəyi də Türkiyə-Azərbaycan münasibətlərində problem çıxarmaqdır. Elə bu işi həm də öz `maşa`larının vasitəsilə etməyə çalışırlar.