Azərbaycan Şahmat Federasiyasında 2022-ci ilin yekunlarına həsr olunan görüş keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, birinci vitse-prezident Faiq Həsənov, İcraiyyə Komitəsinin üzvləri Sərxan Həşimov, Cahangir Ağarəhimov, baş katib İlahə Qədimova iştirak ediblər.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov görüşdə iştirak etməyib.