AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Yenicag.az Mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.
Yeraltı təkanlar yeni 12 km dərinliyində 5,5 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.
Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Qax rayonunun 18 km şimalında, 10 km dərinlikdə və 5,3 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.
Qeyd edək ki, yeraltı təkanlar Azərbaycanla yanaşı, Ermənistan, Gürcüstan və Rusiyanın cənubunda hiss olunub.