“Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 avterşok qeydə alınıb”.
Yenicag.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.
Xatırladaq ki, 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş verib.