“Şeytan üzü” sindromu kimi tanınan prosopometamorfopsiya (PMA) xəstələrinin insanları necə gördüyünün detallı rəsmi əldə edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı məqalə “The Lancet” adlı elmi jurnalda yayımlanıb.
Bildirilib ki, universitetə müraciət edən 58 yaşlı amerikalı kişi 31 aydır insanların üzünü fərqli cür gördüyünü bildirib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, kişi 43 yaşında beyin travması alıb və simptomların başlamasından 4 ay əvvəl dəm qazından zəhərlənib.
Kişinin təsvirləri ilə insanların üzünü necə görməsilə bağlı xüsusi proqram istifadə edilərək rəsmlər çəkilib.
Bununla da PMO xəstələrinin insanların üzünü necə gördükləri gerçəyə yaxın şəkildə təsvir olunub.