İnsan yaranandan mübarizə də var. Hələ ibtidai düşüncə zamanı dərk etmədiyi ətraf aləmlə, yaşamaq uğrunda mübarizə aparan insan zaman keçdikcə qarşısında aciz qaldığı gücləri dərk edərək qalib olub.Bir də məsələyə bütün dinlərin qəbul etdiyi bir baxış var: Tanrının verdiyi müqəddəs əmanəti- RUHu şeytandan qorumaq mübarizəsi. Bu mübarizədə insanın tək bir silahı var: İNAM! Həm də şeytan əks mübarizədə: insanın imanını, ruhunu özünə tabe etdirmək üçün … Bax ikinci halda şeytan hər vasitədən, hər üsuldan, hər müttəfiqdən istifadə edir. Oddan yarandığı deyilən şeytanın öz məqsədinə çatması üçün suyla belə dost olması mümkündür. Bütün bunlar utopiya və dini mifalogiya deyil. Bu gün 70 saylı Neftçala seçki dairəsində deyilənlərin, mübarizə formalarının gerçək üzünü görürük.
Neftçala heç gözlənilmədən ölkənin ən çox diqqət alınan, ən çox danışılan dairəsinə çevrilib.
Ölkədən kənarda Azərbaycanı ancaq neqatif məqamlarda yada salan bloger, tiktok, facebook qəhrəmanlarından tutmuş Neftçalada “bitmişlər” siyasında olanların milli ruh, milli inam və Azərbaycan davasına qarşı inanılmaz bir koalisiyası. Düzü, xaricdən gələn səslərin tonu və avazı aydındır.
Onlar dünən də belə düşünürdü və özlərini demokratiya fədaisi, guya insanımızın haqqının keşiyində duran kimi göstərib qadını zorlanan, uşağı, qocası qətlə yetirilən, evi yandırılaraq didərgin salınan Azərbaycan insanının harayına susub, siyasi məqamlarda dil pəhləvanlarına çevriliblər.
Bu baxımdan İstanbuldan Parisə, Moskvadan Daşkəndə qədər dünyanın dörd bir yanında “Xocalıya ədalət”, “Qarabağa azadlıq”, “Qondarma soyqırıma etiraz” şüarını yayan deputatlığa namizəd Tənzilə Rüstəmxanlıya münasibətləri gözlənilən idi.
Zatən Tənzilə xanım da həyatında ilk dəfə belə haqsız hücumla üzləşmir. Canından çox sevdiyi Türkiyəmizin içindən belə bəlli çevrələrin himayəsində olanların “Ergenekonçu” kimi özünün və kiçik övladının terrorçu ittihamından keçib gəlmiş bir adama indiki durum heç qanqal tikanı kimi də gəlməz. Bu niyyəti və əməli bəlli qrupu anladıq. Anlaşılmayan odla yanaşı duran su… Yəni şeytanın özünə müttəfiq tutduqları…
Ortaya qəribə adlar çıxır. Məsələn uzun illər yazısı, düşüncəsi ilə milli istiqlal, Azərbaycan adına, bütövlük və türklük adına savaşan Əflatun Quliyev bütün bu ideyalara qarşı olan namizəd Vəfa Nağı ilə necə, hansı prinsiplə bir arada ola bilir? Axı bu iki şəxsin tək cinsi yox, təpədən dırnağa bütün həyat yolu, inandıqları ideologiya nəinki fərqlidir, həm də bir-birinə əksdir! Yaxud Soltanhəmid Məlikov adlı alim.
Ötən parlament seçkilərində 100-ün altındabiyabırçı səs yığan bu şəxsi çıxışlarında və prinsiplərində Freydin belə etiraz edəcəyi prinsipsizlik, elmsizlik göstərən qadın namizədə hansı məntiqlə dəstək olur. Ayıbına kor olmaqbir yana, axı ötən seçkinin nəticəsindən sonra bu dəstək boğulan namizədə heç saman çöpü dəyərində də faydalı deyil, axı! Hələ özünü hərəkatçı, cəbhəçi kimi tanıtdıran Etibar Cavadovu heç başa düşmək olmur. Axı indi yanında olub, yolunu açdığı qadın bütün şüurlu həyatı boyunca həmin Etibarın uğrunda mübarizə apardığı (əgər səmimi olubsa) ideyalara qarşı olub.
Bu birlik, bu ittifaq şeytanın insanı yoldan çıxarması deyilsə nədir? Adını nə qoyurlar bunun? Əgər adı “deputatımız öz rayonumuzdan olsun” kimi qəbilə düşüncəsindən də aşağı bir prinsipdirsə, yazıqlar olsun! Azərbaycan qadınının intim bədən orqanı üzərində seçki təbliğatı quran bir qadının həm yerli sayılmasındansa bir Mozambiklinin müdafiəsi daha uyğun və dəyərli olardı. Amma şeytan yoldan çıxaranda bunlar gözə görünmür. Əgər Qarabağın azadlığı uğrunda canından və qanından keçən qəhrəmanlarımızı heçə sayaraq xarici ölkədə müharibə əleyhinə, həm də erməni işğalçılarının da ölümünə üzülərək aksiya keçirən Vəfa Nağının görüşündə şəhid anası yanaşı əyləşirsə bunun ŞEYTANA ALDANMAQdan başqa adı və izahı yoxdur! Seçki günü, “əuzu billahi minə-şeytanir-rəcim” – QOVULMUŞ ŞEYTANIN ŞƏRİNDƏN ALLAHA PƏNAH APARIN!!!