!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyx axundu qovdu – Özəl

!Reklam – Yazi

kadirov_sheyx_allahsukur_31360230065Allahşükür Paşazadə QMİ-ni “çürük almalar”dan təmizləyir

Bütün Qafqazın Şeyxinin şimal bölgəsinə səfəri uzun müddət müzakirə mövzusu oldu. Şeyxülislamın Quba və Xaçmazda görüşlər keçirdiyi bildirildi. “Yenicag.az” saytına daxil olan məlumata görə, xarici dini təhlükələrə qarşı mövqeyini ortaya qoyan Şeyx vətəndaşlarla da görüşüb.

Şimal bölgəsindəki mövcud vəziyyətlə tanış olduqdan sonra isə kadr islahatı keçirib.

Məlumatlı şəxsin sözlərinə görə, Qubadan razı qayıdan QMİ sədri elə yerindəcə Xaçmazın axundu Yaşar Rzayevi yol verdiyi nöqsanlara görə, azad edib.

Xaçmazlıların sözlərinə görə, Yaşar Rzayev rayondakı dini durumla bağlı deyil, şəxsi məsələlərə görə, qovulub. Belə ki, Şeyxin rayonda olduğunu eşidən şikayətçilər ciddi ittihamlarla Yaşar Rzayevi suçlayıblar.

İddialara görə, ittihamlar arasında axundun bir gəlinin qardaşları tərəfindən döyülməsi də olub. Səbəbin nə olduğu bilinməsə də, Yaşar Rzayevi siğəyə bir o qədər də pis baxmadığı ehtimal olunur.

Vurğulanır ki, Şeyx ittihamları araşdırdıqdan sonra ona “QMİ-də sənə yer yoxdur” deyərək, əhalinin gözü önündə qovub.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.

Yenicag.az

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv