Qafqaz Müsəlmanları İdarəsi Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən yaşayış binasında baş vermiş yanğında dünyasını dəyişənlərəin yaxınlarına başsağlığı verib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, idarənin başsağlığında bildiilir ki, bu hadisə zamanı həlak olmuş insanların faciəvi itkisi hər birimizin qəlbini ağrıdır. “Bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, hər birimizə Allahdan səbr, yaralılılara Uca Yaradandan şəfqət arzulayırıq.Bu günlər Azərbaycanın bütün məscidlərində yanğın qurbanlarının xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir”.