Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Şeyx Derek Hoqanla görüşüb

51246Dekabrın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan ilə görüşüb.
Şeyxülislam ölkəmizdəki dini vəziyyət və müxtəlif dinləri təmsil edən icmalar arasındakı qarşılıqlı münasibətlər haqqında danışıb. Allahşükür Paşazadə qeyd edib ki, dini tolerantlıq Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir.

Şeyxülislam 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğulayıb.

Allahşükür Paşazadə tolerantlığın ümumbəşəri xarakter daşıdığını və onun sərhədlərinin olmadığını bildirib.

Şeyxülislamın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edən Derek Hoqan Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər etdiyini və ayrı-ayrı dinləri təmsil edən vətəndaşlarla görüşlər keçirdiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.(qafqazinfo.az)

www.yenicag.az

265