!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyx Moskvada səfərdədir

!Reklam – Yazi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin (RF MRİ) VII hesabat-seçki qurultayında iştirak etmək məqsədilə Moskvada səfərdədir.

Yenicag.az xəbər verir ki, RF MRİ-nin hesabat-seçki qurultayı beş ildən bir keçirilir. Bu il qurultay ilk dəfə Moskva Cümə Məscidində baş tutur.

VII hesabat-seçki qurultayı bu il 60 yaşını qeyd etmiş RF MRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddini yekdilliklə yenidən təşkilatın rəhbəri seçib.

Qurultayda açıqlanan məlumata görə, RF MRİ bu gün Rusiyanın 53 subyektindən 2 mindən çox mərkəzləşdirilmiş və yerli müsəlman təşkilatlarını birləşdirir. İclasda 149 qurultay nümayəndəsi, federal və regional hökumət nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar və jurnalistlər iştirak edir.

www.yenicag.az

1453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv