!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyx Türkiyəyə səfərə getdi - FOTOLAR

!Reklam – Yazi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyənin İstanbul şəhərinə səfər edib.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, səfər çərçivəsində İstanbul Müftülüyündə, Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaşla görüşən QMİ sədri, müqəddəs Ramazan ayının gəlməsi səbəbiylə qardaş Türkiyə xalqını təbrik edib.

İkitərəfli görüş zamanı Hacı Allahşükür Paşazadə görüşün əsas məqsədlərindən birinin də ötən ay Türkiyədə baş verən dəhşətli zəlzələ fəlakətinin fəsadlarının aradan qaldırılmasına mənəvi dəstək olduğunu qeyd edib.

Bildirilib ki, QMİ-in timsalında bütün Azərbaycan dövlət qurumları və Azərbaycan xalqı qardaş Türkiyədə baş verən ağır zəlzələ fəlakəti zamanı səfərbər olmuş və bütün maddi-mənəvi imkanlarını Türkiyə naminə birləşdirmişdi.

Bütün İslam aləminin, belə çətin günlərdə həmrəy olmasının labüdlüyünə toxunan Hacı Allahşükür Paşazadə, bəzi qonşularımızın bu kimi mənəvi prinsiplərə uyğun gəlməyən əməllərini tənqid edib.
Öz növbəsində, bütün Qafqazın Şeyxinə, Azərbaycan dindarlarına və bütün Azərbaycan xalqına öz minnətdarlığını bildirən Türkiyənin Diyanət İşləri İdarəsinin başqanı Əli Ərbaş müqəddəs Ramazan ayının ilk günlərində edilən bu səfərin əhəmiyyətinə toxunub. Əli Ərbaş zəlzələ fəlakətinin ilk saatlarında telefon əlaqəsi saxlayaraq, bölgədəki çətin vəziyyətlə yaxından maraqlanan və öz maddi-mənəvi dəstəyini göstərən QMİ-yə və Hacı Allahşükür Paşazadəyə öz minnətdarlığını bildirib.

Görüş zamanı tərəflər bir birilərinə öz xatirə hədiyələrini təqdim ediblər.

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv