Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Şeyxdən nazirə SƏRT TƏPKİ: “Bu, İranın dəyirmanına su tökməkdir”

“Bunun bir adı var, xəyanət, təxribat”.

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində açılan və ayın 10-na qədər davam edəcək VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında (“Baku International Book Fair 2021”) qurulan İran stendində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin rəsm-portretinin titul şəkil kimi vurulması ictimaiyyət arasında böyük narazılığa səbəb olub.

Tanınmış rejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında təşkilatçısı Azərbaycanın Mədəniyyət Nazirliyi, sponsoru BP şirkəti, əsas informasiya dəstəkçisi İctimai Televiziya (İTV), təşkilatı tərəfdaşı isə “Caspian Event Organisers” (CEO) şirkəti olan sərgidə yol verilən hərəkəti xəyanət və təxribat kimi dəyərləndirib.

Şeyx Əbdül İranın Azərbaycana qarşı meydan suladığı bir vaxtda bu işə rəvac verən məmurların cəzalandırılmasını tələb edib:

“Bu, əslində, böyük ideoloji təxribatdır; dəxli yoxdur bilərəkdən edilib, ya nadanlıqdan. Belə məsələlər nəzarətdə saxlanılmalıdır. Bunun bir adı var, xəyanət, təxribat. Bir daha bu hadisə onu göstərir ki, məmurlar təyin edildiyi nazirliyin funksiyasından, səlahiyyətlərindən xəbərsizdir, ya da ümumiyyətlə, bu xalqı tanımır. Bu rəzalət bilərəkdən, yaxud da bilməyərəkdən edilsə də, bu işi görən şəxslər cəzalandırılmalıdır. Çünki hər iki halda bu, təxribatdır. Burada mütləq məsələyə düzəliş verilməli, ictimailəşdirilməlidir. İran adlı müsəlmançılığa aid olmayan bir müsəlman ölkəsinin, İslam adı ilə alver edən xəyanətkar bir toplumun bizə qarşı meydan suladığı, at oynatdığı bir vaxtda belə işlərə şərait yaratmaq, rəvac vermək elə İranın dəyirmanına su tökmək deməkdir. Bunun başqa adı yoxdur”.

Cəvahir

www.yenicag.az

603
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100