İran mətbuatı BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun böyük oğlunun vəfatı ilə bağlı maraqlı iddia irəli sürüb.
“Fars” agentliyinin məlumatına görə, Rəşid bin Məhəmməd Əl Maktoum əslində ürək tutmasından dünyasını dəyişməyib. O, Yəməndə gedən hərbi əməliyyatlar zamanı öldürülüb.
Məlumata görə, Şeyx Rəşid və BƏƏ-dən olan bir neçə hərbçi “Ənsər Allah” hərəkatının artilleriya atəşi nəticəsində ölüb. Bu barədə məlumatı həmin döyüşlərdə iştirak edən şahidlər də təsdiqləyiblər.
Qeyd edək ki, sentyabrın 19-da 33 yaşlı şeyxin ürək tutmasından ölməsi ilə bağlı xəbər yayılmışdı(qafqazinfo).