!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şeyxin SƏHHƏTİ AĞIRLAŞDI: “Elə bil ürəyimə xəncər batırdılar, bir anlıq nəfəsim kəsildi”

!Reklam – Yazi

Xalq artisti, tanınmış kinorejissor Əbdül Mahmudbəyovun səhhətində problem yaranıb.

Yenicag.az-a açqlama verən rejissor həkim nəzarəti altında olduğunu bildirib:

“Qəfildən halım pisləşdi, elə bil ürəyimə xəncər batırdılar. Nəfəsim kəsilməyə başladı. Tez həkim çağırdılar, dava-dərman olundu, indi-indi özümə gəlirəm. Pnevmaniya, ürəyim, hamısı qarışıb bir-birinə. Əvvəllər korona keçirdiyim üçün immunitetim düşmüşdü. Bəlkə, bu da öz təsirini göstərib, deyə bilmərəm. Amma onu bilirəm ki, ölümdən döndüm. Həkimlərin dediyinə görə, hələ də təhlükəli vəziyyət sovuşmayıb. Məndə bir neçə dəfə belə olub, səhhətim belə kəskin pisləşib, amma kəfəni yırtmışam”.

Şeyx bir müddət həkim nəzarəti altında müalicənin davam edəcəyini deyib:

“Həkimim qəti xəbərdarlıq edib. Müalicə kursu keçirəm. Sistemlər qoşulur. Stressdən uzaq olmalıyam. Çünki mənim evimi yıxan da elə stress oldu. Uzun illərdir ki, ev problemi yaşayıram, hara müraciət edirəm, xeyri yoxdur. Bu da səhhətimə ağır zərbə vurub”.

Cəvahir

www.yenicag.az

965
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv