Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə dəfn olunub.
Yenicag.az xəbər verir ki, mərhum Füzuli rayonunun Şıxbabalı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
***
09:20
Tanınmış müğənni Səyyad Əlizadə Füzuli rayonunda dəfn ediləcək.
Bu barədə Yenicag.az-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
O bildirib ki, S.Əlizadə Füzulidə ana və atasının məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, Səyyad Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.
Cəvahir