Səyyad Əlizadə ilə bağlı ŞAD XƏBƏR – AÇIQLAMA

Müğənni Səyyad Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə xəstəxanadan evə buraxılıb. Səyyad Əlizadənin vəziyyətində də irəliləyiş var.

Bunu Yenicag.az-a açıqlamasında müğənninin kürəkəni Razim Qarayev bildirib: “Kəmalə xanım yaxşıdır, Səyyad bəyin qızdırması düşüb, səhhətində müsbət irəliləyiş var”.

Qeyd edək ki, sənətçi Mərkəzi Gömrük Hospitalında müalicə olunur.

Cəvahir