“Shachman” ofisə girdi – Bakıda

Bakıda yük avtomobili ofisə girib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shachman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə işin sonu olduğundan işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.