!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Shaurma №1” restoranlar şəbəkəsinin Bilgəh filialında Zəfər bayramı qeyd edildi - VİDEO

!Reklam – Yazi

Bu gün “Shaurma №1” restoranlar şəbəkəsinin Bilgəh filialında Zəfər bayramı qeyd edilib.

Tədbirdə şəbəkənin icraçı direktoru Əskər Rəhimov, şirkətin bir sıra nümayəndələri, o cümlədən döyüşdə iştirak edən əməkdaşları və qazilər olub. Azərbaycan ordusunun qələbəsindən danışan Əskər Rəhimov bildirib ki, İkinci Qarabağ savaşında ön cəbhədə vuruşan ordumuza müharibə dövründə də şirkət tərəfindən xüsusi diqqət ayrılıb. Mütəmadi olaraq onlara qida məhsulları, tibbi vasitələr, məlum şərait üçün tələb olunan digər əşyalar göndərilib. Həmçinin, bir çox qazi və şəhid ailələri müxtəlif yardımlarla təmin edilib.

Bildirək ki, 44 günlük haqq savaşında “Shaurma №1” restoranlar şəbəkəsinin 41 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşulub və onlardan 3 nəfəri qazidir. Həmin müddət ərzində könüllülərin də ailə üzvləri şirkətin himayəsində olub.

Xatırladaq ki, hər zaman xalqına dəstək olan “Shaurma №1” restoranlar şəbəkəsi COVID-19 pandemiyası ilə mübarizəyə 10.000 manat, müharibə dövründə Müdafiyə Nazirliyinin yardım fonduna 20.000 manat, Yaşat fonduna isə 10.000 manat yardım göstərib.

www.yenicag.az

1161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv