Sevilən uşaq markası “Shokki Mokki” azyaşlılar üçün maraqlı layihələr reallaşdırır.
Yenicag.az xəbər verir ki, “Vuvuzela” Media şirkəti ilə birlikdə “Məktəbim” proqramı çərçivəsində həyata keçirilən “Kiçik addımlarla böyük uğurlar” layihəsinin görüşləri davam edir.
Gəncə və Bakıda keçirilən görüşün növbətisi Qubada 7 İyun tarixində baş tutacaq. Burada keçirilən tədbirə Quba və ətraf rayonlarda olan “Məktəbim” uşaqları da cəlb olunacaq. Festival şəklində keçirilməsi nəzərdə tutulan tədbirdə uşaqlar üçün maraqlı, musiqili, öyrədici oyunlar, kuklalardan səhnəciklər və müxtəlif master klaslar hazırlanıb.
Onu da qeyd edək ki, layihə üçün xalq artisti Tünzalə Ağayevanın bəstəkarı olduğu xüsusi himn yazılıb. Bu himn uşaqların idmana olan həvəsini, marağını artıracaq və tədbirdə səsləndiriləcək.
Görüşdə “Məktəbim” layihəsinin fəxri səfiri Fira Cəlilova də iştirak edəcək.
Layihə haqqında ətraflı məlumat “Shokki Mokki”nin instaqram səhifəsində bölüşüləcək.
https://www.instagram.com/shokkimokki.az/