Sibel Can azərbaycanlı bəstəkarın mahnısını necə “oğurlayıb?” – “Dünya dərəbəylik deyil, bunun…” – ETİRAZ/VİDEO

Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu “Tamam o zaman” bəstəsi plagiat çıxıb.

Sözügedən bəstə aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin “Gülüb getdi” mahnısının plagiatıdır.

Məsələ ilə bağlı mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbər Yenicag.az-a açıqlama verib:

“Atamın bir çox mahnılarını oğurlayıb, öz adlarına çıxıblar. Vaxtilə “Əzizim” mahnısı da Türkiyədə “anonim” adı ilə oxundu. Dünya dərəbəylik deyil, bunun hüquqi nəticəsi olacaq…

Atamın bütün külliyyatını toplayıb notarial qaydada təsdiq etdirəcəm. Ondan sonra bu məsələlərlə hüquqşünaslar rəsmi qaydada məşğul olacaqlar. Amma indi özümüz danışıb, özümüz də eşidirik, heç bir nəticə yoxdur.

Bir dəfə atamın oğurlanan mahnısı ilə bağlı Müəllif Hüquqları Agentliyinə müraciət etmişdik. Bizə demişdilər ki, nə olsun, burada mahnının müəllifi Tahir Əkbər kimi qeyd olunsun, Türkiyədə də türk mahnısı kimi. Bu sözün qarşılığında nə deyək? Amma yaxın zamanlarda bu məsələlər hüquqi qaydada öz həllini tapacaq”.

Cəvahir

COP29