Sibel Can seriala çəkilir

Keçən il “O Səs Türkiye” yarışmasının münsif üzvü olan Sibel Can yeni mövsümdə serialda rol alacaq.

Yenicag.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, aktyor Emre Kınayla birlikdə “Sevdanın bahçesi” serialı üçün ekran qarşısına keçəcək.

“Berivan” serialında 68 bölümü birgə paylaşan Canla Kına yeni serialda yaddaşlardan silinməyən bir eşqi canlandıracaqlar.

Qeyd edək ki, “Sevdanın bahçesi” serialı Kanal D-də yayımlanacaq.

Aytac

Yenicag.az