Xəbər verdiyimiz kimi Rusiyanın Sibir bölgəsində hərbi bazada insident baş verib.
Yenicağ.az xəbər verir ki, nəticədə hərbi bazada xidmət göstərən Ramil Şəmsəddinov adlı əsgər digər 8 əsgəri öldürüb.
Yayılan məlumatlara əsasən, Ramil Şəmsəddinov bu addımı Rusiyanın Suriyadakı PKK terror təşkilatını dəstəkləməsinə cavab olaraq atıb.
Çoxlu sayda əsgərin yaralandığı qeyd edilib. Atışmadan sonra Ramil Şəmsəddinov saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.