Siçanlar bir adanı istila etdi: Albatros nəsli təhlükədə – Gəmiricilərlə belə mübarizə aparacaqlar

Hind okeanında yerləşən Marion adası siçanlar tərəfindən istila olunub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, adada  gəmiricilərin sayının artması ekosistemə də təsirsiz ötüşməyib.

Gəmiricilər bu adada yaşayan albatrosların yumurtalarını yeməklə kifayətlənməyərək bu quşları da diri-diri yeməyə başlayıblar.

Adaya quraşdırılan kameralar siçanların nə qədər vəhşiləşdiyini lentə alıb. Qeyd olunur ki, siçanların bu qədər artması nadir albatrosların nəslini təhlükəyə atır və onlara qarşı mübarizə aparmaq lazımdır.

Təklif edilən mübarizə üsulu isə adaya helikopterlə gəmiriciləri məhv edəcək zəhərli maddələrin atılmasıdır ki, bunun üçün də öncə Cənubi Afrika rəsmilərindən icazə alınmalıdır. İkinci məsələ isə bu iş üçün ayrılacaq maliyyənin miqdarıdır. Belə ki, siçanların məhv edilməsi üçün minimum 25 milyon dollar gərəklidir.

İllər öncə siçanların albatrosları yeməsilə bağlı qeydə alınmış videonu təqdim edirik:

COP29