Türkiyəli aktrisa Aydan Şener son günlər Türkiyədə artan qadına qarşı şiddətə diqqət çəkib.
“İndiki seriallar “Yeşilçam”dan çox fərqlidir. Vaxtları çox uzundur və bu da iş qrafikini çətinləşdirir. Ən sevmədiyim cəhəti isə seriallarda həddindən artıq qışqırıqların olmasıdır. Şiddətin artmasında serialların rolu çoxdur. Bütün bu baş verənləri lənətləyirəm. Bu ölkədə nə olursa, qadınlara, uşaqlara və heyvanlara olur. Cəzalar və qanunlar qəbul edilsin”.
Xatırladaq ki, oktyabrın 5-də İstanbulda psixoloji problemləri olan 19 yaşlı Semih Çelik adlı şəxs İkbal Uzuner adlı qızın başını bıçaqla kəsərək Edirnekapı qala divarlarından aşağı atıb. Daha sonra Çelik boğazına ip keçirib və özünü qala divarlarından ataraq intihar edib. O, həmin gün daha əvvəl öz evində digər sevgilisi Ayşenur Halil adlı 19 yaşlı qızı da vəhşicəsinə qətlə yetirib.
Bundan əvvəl 8 yaşlı Narin Güran Türkiyənin Diyarbəkir şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılıb. Narin Güranın cinayətində saxlanılanlar arasında azyaşlının anası, qardaşı və əmiləri də var./Axşam.az/