Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Şiddətli baş ağrısı – Miqren haqqında bilmədiklərimiz

Tibdə indi dəbdə olan miqren sözü çox ağır, yorucu, hər dərmana tabe olmayan, birdən şiddətli tutan və yüksək intensivli baş ağrılarını fərqləndirmək üçün işlədilir.

Bir neçə saatdan bir neçə günə kimi döyünən, zoqquldayan ağrının əsl səbəbi hələ elmə məlum deyil. Hələ də alimlər araşdırma aparır, yeni müalicə növləri axtarır.

Yenicag.az elmə məlum olan miqrenin tiplərinin fərqini təqdim edir

Ümumi miqren – Auralı və ya aurasız

İndi ən geniş yayılmış tipi budr. 80% hallarda auralı miqren rast gəlinir.

Tipik əlamətləri bunlardır:

-1-3 sutkaya kimi davam edə bilir

-Baş ağrısı dərmanlarının efekti olmur

-Başın bir tərəfini tutur

-Gicgah, alın və göz zoqquldayır, nəbz kimi atır

-Olduğun yeri dəyişəndə, gəzəndə ağrı güclənir

-Qoxu, işıq və səsə qarşı həssaslıq artır, çox qıcıqlanır

-Səbəbsiz ürəkbulanma, hətta qusma

-Halsızlıq

Klassik miqren

Bu da auralı ola bilər. Aura ağrı hissi verən müxtəlif simptomların sayını, təsirini ölşmək üçün işlədilir.

Aura harda özünü göstərir?

-Vizual problem yaradır – görmədə ikilik, bulanma, işığa həssaslıq

Bİr gözdə yığılma olur, ağrı olur.

-Sensor pozulmalar – sanki iynə batır bədənə, üz, qol, ayaq keyiyir, başgicəllənmə olur

-Nitqdə problem – danışıq sanki pozulur

-Hərəkətdə pozulma – bədənin hərəkətini kontrol edə bilmir

-Eşitmədə təsir – küy, səs, qulaqbatma

Adətən aura miqrenin özündən 1 saat əvvəl gəlir, özünü göstərir və miqren tutmasında lap güclənir.

Xroniki miqren

Xəstə ayda 10-12 gün ağrıdan əziyyət çəkir. Tutmalar baş ağrıları ilə səhv salınır. Heç 3 ay da azalma olmur. Miqrenin klassik növü üstünlük təşkil edir.

Xroniki miqren artıq ciddi xəstəlikdir, bu adamlarda depressiya, panika, xroniki ağrılar, bütün bədənin ağrıması, işləmək istəməmək yaranır.

Məlum olub ki, xroniki miqren baş, onurğa və noyunun ciddi travma və xəstəliklərində çox rast gəlinir.

Vestibulyar miqren

Başgicəllənmə tipli miqrendir. 40% xəstələrdə periodik olaraq miqrenlə yanaşı vestibulyar pozulmalar olur. Miqren tutması zamanı baş gicəllənmə bir gündən 3 günə kimi davam edərsə, bu vestibulyar miqren hesab olunur.

Əlavə olaraq:

-Ürəkbulanma

-Zəiflik, bədənin halsızlığı

-Dayanmayan baş ağrısı

-Göz kontaktında qıcıqlanma – insa n mağazada rəflərə baxa bilmir, yolda maşınları normal görmür, kompüter və telefon əsəblərinə toxunur

Bu xəstələrə miqren dərmanları ilə yanaşı vestibulyar supressantlar da təyin olunur

Optik miqren

Bu göz miqrenidir, ilk olaraq tutma zamanı göz sanki yerindən çıxır, şişir və ya elə hiss olur, görmə insana əziyyət verir.

Gözün qarşısı qaralır, sanki işıq kimi nəsə parlayır, görüntü sanki genişlənir və ya daralır.

İnsan gözü qarşısında işıq, ziqzaq formalı naxışlar, rənglər və s görə bilər.

Bu miqren tutmasında xəstə oxumaq istəmir, nəqliyyata minmir, ümumiyyətlə, yola çıxmır. Ən qısa müddət çəkən miqrendir.

Asefalgik miqren – ağrısız tip

Çox çətin bir tipdir, tipik olaraq aura gəlir, əlamətlər olur, amma baş ağrımır. Buna başsız miqren də deyirlər və diaqnozu çətindir. Başqa xəstəliklərlə səhv salınır və xəstə onda nə baş verdiyini bilmir

İstənilən miqren növündə müayinə və müalicəni nevroloq aparır. Hazırda alqoloqlar da miqren ağrıları ilə məşğul olur. Sadə dərmanlar sizə təsir etməyəcək./medicine.az/

www.yenicag.az

4624
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM