!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şiddətli dolu bu rayonlarda fəsadlar törətdi - VİDEO

!Reklam – Yazi

İyunun 26-sı yağan şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib.

Yenicag.az xəbər verir ki, günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu əsasən biçilməmiş taxıl, tərəvəz sahələrinə və meyvə bağlarına ziyan vurub.

Güclü küləklə müşayət olunan dolu nəticəsində Qusar rayonunun Çiləgir kəndində Pərviz Mustafayevə məxsus evin damı uçub, 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb.

Dolu Quba rayonunun bir sıra ucqar yaşayış məntəqələrində də fəsadlar törədib.

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu meyvə bağlarına, taxıl sahələrinə, kələm, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.

Rayon İcra Hakimiyyətlərində dolunun fəsadları ilə bağlı müraciətlər araşdırılır./Azərtac /

www.yenicag.az

1340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv