“Sifon” çəkmək koronavirusun yayılmasına səbəb olur – ARAŞDIRMA

“Sifon” çəkmək havada koronavirusun yayılmasın səbəb olur.

Yenicag.az “Physics of Fluids” jurnalında yayılan məqaləyə istinadən xəbər verir ki, Çinin Yangzhou Üniversitenində aparılan araşdırmalar nəticəsində bu qənaətə gəlinib.

Araşdırmaya əsasən, “sifon” çəkildikdən sonra virus daşıyıcısı olan şəxsin nəcisinin damlaları suyun təzyiqi nəticəsində havaya qalxır və bir sonrakı insanın istifadəsi nəticəsində həmin şəxs də virusa yoluxmuş olur.

Mütəxəssislərin verdiyi məlumata əsasən, həmin damlalar 1 metr yüksəkliyə qədər qalxa bilir.

Bu zaman virusdan qorunmaq üçün, istifadədən sonra oturacaq silinib, təmizlənməli, əllər dezinfeksiya edilməlidir. Bundan əlavə, yoluxma riskini azaltmaq üçün “sifon”u çəkmədən öncə qapağın bağlanılması da məsləhət görülür.

Qeyd edək ki, daha öncə də koronavirusun nəcis vasitəsi ilə digər insanlara yoluxa biləcəyi barədə araşdırmalar aparılıb.

Rufina ALI

COP29