Hollandiyanın Amsterdam şəhərində bələdiyyə sürət həddinin 30 km/saat müəyyən edildiyi küçədə yol hərəkəti təhlükəsizliyi üçün eksperimental yol nişanlarını sınaqdan keçirir.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, sürücülərin diqqətini və sürət həddi tələblərinə əməl etməsini təmin etmək üçün yol hərəkəti üçün ayrılmış zolağı vizual olaraq daraldan nişan hazırlanıb. Bu, sürücüləri sürəti qeyd olunan tələbə endirməyə məcbur edir.
Sürücülər küçədə sürəti azaltmaqla yanaşı, həm də daha diqqətli hərəkət edirlər, çünki vizual olaraq daha dar zolaq onları daha diqqətli sürməyə sövq edir.
Əslində, yeni asfaltlanmış yolun genişliyi eyni qalıb, lakin tətbiq olunan geniş qrafik sxem işarələri hər iki tərəfdə yolu daralmış kimi göstərir.
Tətbiq olunan alqoritmə uyğun olaraq konstruktor işarələmə xətlərinin enini, uzunluğunu və sırasını dəyişib. Sürücü yolun dar göründüyünə görə sürəti azaldanda yerdə yazılan 30 rəqəmini aydın görür.
Nəqliyyat vasitəsinin kənarından baxanlar yerdəki cizgiləri bəzək kimi görə bilir, ancaq hərəkət edən nəqliyyat vasitələri yazıları oxuyur. Bildirilir ki, nişanlanmanın məzmunu yalnız yoldan və sürücünün diqqət yetirdiyi məsafədən oxuna bilər.
Nəsimi Ələsgərli