Sığınacaq almaq üçün Kuril adalarından Yaponiyaya üzdü – Rusiyaya ŞOK

Rusiya vətəndaşı sığınacaq almaq məqsədilə Kuril adalarına daxil olan Kunaşirdən üzərək Yaponiyanın Hokkaydo adasına gəlib.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya vətəndaşının üzüb keçdiyi məsafə təqribən 25 kilometrdir. Onun üzüb keçdiyi Nemuro boğazının dərinliyi isə 2,5 min metrdir.

Rusiyanın Yaponiyadakı səfirliyi bu məlumatı şərh etməyib. Eyni zamanda, həmin şəxsin kimliyi də hələlik açıqlanmayıb və onun bu uzun məsafəni necə üzərək keçməsi də müəyyən edilməyib.

Xatırladaq ki, Yaponiya indi Rusiyanın tərkibində olan Kunaşir, Şikotan, İturup və Xabomai adalarının ona məxsus olduğunu iddia edir və Moskvaya o adalar üzərində suverenliyinin tanınması tələbini müntəzəm irəli sürür.