Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Sığorta bazarında nə baş verir? - Təhlil

Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzinin yanması sığorta bazarındakı durğunluğu aşkarladı. Prezident İlham Əliyevin yanğınla bağlı müşavirədə bu məqamı xüsusi vurğuladı. Nəticədə sığortalanmayan oyektlərə görə təzminatı dövlət öz üzərinə götürdü. Normalda isə təzminat xərclərini sığorta şirkətləri qarşılamalıydı.

Təbii ki, prezidentin iş adamlarına dəyən ziyanın dövlət resursları hesabına ödənilməsi ilə bağlı qərarı müsbət addım idi. Ən azı ona görə ki, iş adamlarının icbari sığortası yox idi. Dövlət yardım etməsəydi, iş admlarıböyük borclanmaya gedib hər şeyi sıfırdan başlamalı idi. Ancaq sığorta sistemi olduğu halda niyə təzminatlar büdcə vəsaitləri hesabına ödənilməlidir. Anloji hadisələr mütəmadi təkrarlansa, büdcə bu izafi yüklənməyə dözməyə bilər. Təbii sual ortaya çıxır: sığorta bazarı niyə durğunluq dövrünü yaşayır?

2011-ci ildə icbari sığortalar haqda qanun qəbul olunub. Bu qanunun tətbiqi ilə bağlı xeyli işlər görüldü, sığorta bazarınıda vəziyyət ölü nöqtədən təpədilib, sığorta işini kifayət qədər mükəmməl bilən kadrlar irəli çəkilib. İnsanlara icbari sığorta növünün aşılanması, maarifləndirilməsi çox böyük bir vaxt və enerji tələb edirdi. Proses 2016-cı ilə qədər normal axarda getdi. Ancaq 2016-cı ilin Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin ləğv edilərək funksiyalarının palataya həvalə edilməsi ilə durğunluq başladı. Məsələn, 2016-cı ildə avtomobillərin icbari sığortası üzrə zərərlərin birbaşa tənzimlənməsi sistemi qurulmalıydı. Ancaq bu iş yarımçıq qaldı, peşəkar kadrlar isə işdən kənarlaşdırıldı.

Bazarda ən böyük boşluqlardan biri budur ki, həm icbari sığorta, həm də könüllü sığortalar paralel tətbiq edilməliydi. Ancaq palata bununla qərarlar qəbul etməyib.

Bir çox əmlaklar var ki, onların sığortalanması asandır. Məsələn, dükanlar. Dükanların əmlakları ayrı- ayrılıqda sığorta etdirmək çətindir. Ancaq praktikaya görə, həmin dükanın dövriyyəsi ümumi sığorta olunur. Ancaq bir şərtlə ki, şəffaf şəkildə mühasibatlıq aparılsın. Burada dövriyyə düzgün nəzarət olunursa, qanunla hesablanmış vergilər ödənilirsə, yanğın baş verərsə, sığorta ödənişində heç bir problem olmur. Ancaq bu məsələlər hələ həllini tapmayıb.

Konkret desək, 2011-ci ildə icbari sığortalar haqda qanun yeni tələblərə artıq adekvat deyil və yenilənməlidir. Eyni zamanda qanun tətbiq dairəsi gənişlənməlidir. Elə bir işlək mexanizm yaradılmalıdır ki, iş adamları özləri sığorta bazarının inkişafında maraqlı olsun.

Sığorta bazarının inkişafına mane olan amillərdən biri də sığorta hadisəsi zamanı sığorta şirkətinin ödəniş etməkdən yayınmasıdır. Sonra isə sığortalananla sığorta şirkəti arasında uzun və üzücü məhkəmə çəkişmələri başlayır. Etiraf edək ki, belə hallar kütləvi xarakter daşıyır. Artıq ləğv edimiş və funksiyalarl Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmiş Dövlət Sığorta Nəzarəti Xidməti bunun qarşısını almaq və sığorta ödənişlərinin operativ həll olunması üçün Sığorta Ombudsmanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Sığorta Ombudsmanın mandatı sığorta mübahislərini məhkəməyə qədər həll etmək idi. Xidmət ləğv edildikdən sonra bu ideya da arxivə ötürüldü. İndi hökumət sadalanan problemləri həll etmək üçün adekvat qərarlar qəbul etməlidir, əks halda sığorta bazarını durğunluqdan çıxartmaq mümkün olmayacaq.

İstiqlal.az

www.yenicag.az

17690
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM