Noyabrın 11-də sığorta sahəsində attestasiya keçiriləcək.
Azərbaycan Respublikası Mərkəzi Bankından Yenicag.az-a bildirilib ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 8 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunurlar.
Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.