Sığorta sahəsində attestasiya keçiriləcək

Oktyabrın 27-də sığorta sahəsində attestasiya keçiriləcək.

Azərbaycan Respublikası Mərkəzi Bankından Yenicag.az-a bildirilib ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən, 4 sığorta vasitəçisi Mərkəzi Bankda (Bakı şəhəri, Bülbül prospekti 27) keçiriləcək attestasiyaya dəvət olunur.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.