Silah alverçisi beynəlxalq axtarışa verildi

Azərbaycanlı silah alverçisi beynəlxalq axtarışa verilib.

Yenicag.az-ın məlumatına görə, 1981-ci il təvəllüdlü Tale İbrahimov qanunsuz odlu silahları saxlamaq və satmaqda təqsirləndirilir.

T.İbrahimov barəsində Azərbaycan hüquq-mühafizə orqanlarında cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün onun barəsində İnterpol vasitəsilə axtarış elan olunub.