Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçı silahlı rejim tərksilah olunur.
Yenicag.az xəbər verir ki, hazırda Yevlaxda erməni nümayəndələrlə görüş keçirilməsinə baxmayaraq, bəzi separatçılar silahlarını təhvil verməkdən imtina edir.
Erməni KİV-in məlumatında qeyd olunub ki, bir sıra özəl erməni hərbi səhmdar cəmiyyətləri silahı yerə qoymur: “Hazırda onlar mühasirəyə alınıb, amma təslim olmurlar”./unikal