Silahlı hücum – 14 azyaşlı öldürüldü

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin şimal-qərb və cənub-qərb bölgələrində BMT-nin humanitar məsələlər üzrə idarəsinin nümayəndəsi Ceyms Nunan deyib.

O bildirib ki, öldürülən uşaqlardan 11-i qızdır: “Silahlı şəxslər yaşı beşdən aşağı olan 9 uşağı, 1 hamilə və yanlarında uşaqları olan 2 qadını öldürüblər.

Qeyd olunub ki, hücum cümə günü baş verib. Kamerun müxalifəti “qırğın”a görə ordunu günahlandırıb.